Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib

 

Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində ikinci oyununa çıxıb.

D Divizionunda yer alan Ayxan Abbasovun başçılıq etdiyi kollektiv II turda Lixtenşteyn yığması ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

Azərbaycan millisi qrupdakı ilk matçında səfərdə Litva ilə 1:1 hesablı heç-heçə edib. Komanda bu rəqiblə oktyabrın 4-də evdə üz-üzə gələcək.

Hazırda aktivində 2 xalı olan yığma ikinci pillədə qərarlaşıb. Rəqib isə 1 xalla sonuncu - üçüncü yerdədir.

2026-10-02 / 10:43
Facebook