Azərbaycanın 3x3 basketbol millisinin baş məşqçisi ilə müqavilə yenilənib

 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin baş məşqçisi Raşa Deliçlə müqavilənin müddəti uzadılıb.

Bu barədə Azərbaycan Basketbol Federasiyasının vitse-prezidenti Fərrux Mahmudov məlumat verib.

Onun sözlərinə görə, serbiyalı mütəxəssislə sentyabr ayında başa çatacaq sözləşmə yenilənib. O, daha 1 il yığmaya başçılıq edəcək.

Qeyd edək ki, Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması tarixində ilk dəfə Raşa Deliçin rəhbərliyi altında “Paris-2024” Yay Olimpiya Oyunlarında iştirak edib. Yığma ötən il Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilmiş VI İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

2026-08-13 / 20:27
Facebook