Ayxan Abbasov: Renat Dadaşov və Rahil Məmmədovun klubsuz qalması bizi narahat edir

 

Bu gün millimizin futbolçuları Renat Dadaşov və Rahil Məmmədovun klubsuz qalması bizi narahat edir. Onların tez bir zamanda yeni komanda tapacaqlarına inanırıq.

Bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis hər iki futbolçu ilə mütəmadi əlaqə saxladıqlarını bildirib: “Məsələn, Renat Dadaşov üçün Türkiyədə bir-iki klub variantı var idi və danışıqlar aparılırdı, lakin təəssüf ki, bu transferlər reallaşmadı. Təbii ki, Millətlər Liqasının matçlarından öncə milli komandaya namizəd olan bütün futbolçuların klublarının olması və onların mütəmadi oyun təcrübəsi qazanması bizim seçim imkanlarımızı artıracaq. Bu da öz növbəsində yığmanın xeyrinə olacaq. Ümid edirəm ki, tez bir zamanda klubsuz qalan futbolçularımız yeni komandalarına qovuşacaqlar”.

Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.

2026-07-30 / 20:47
Facebook