Azərbaycanlı qadın hakim: Avrokubok oyununa təyinat almaq ən böyük arzularımdan biri idi

 

Avrokubok matçına təyinat almaq ən böyük arzularımdan biri idi.

Bu sözləri Azərbaycan futbolu tarixində ilk dəfə UEFA-nın klub turnirinə qadın hakim olaraq təyinat alan FIFA referisi Gülnurə Əkbərzadə deyib.

Ötən gün Konfrans Liqasının I təsnifat mərhələsində Monteneqroda “Deçiç” və “Liepaya” (Latviya) komandaları arasında keçirilən cavab qarşılaşmasında köməkçi hakim kimi iş başında olan referi təəssüratlarını bölüşüb: “Bu imkanı yaratdıqları üçün Rəhim Həsənova, Tural Qurbanova və Hakimlər Komitəsinə təşəkkür edirəm. Düşünürəm ki, oyun bizim üçün uğurlu keçdi. Tural Qurbanov və bütün hakimlər briqadası olaraq matçı yüksək səviyyədə idarə etdik. Qarşılaşmadan sonra həm qalib, həm də məğlub komandanın nümayəndələri bizə təşəkkür etdilər. Həyəcan hiss etmirdim, çünki bundan əvvəl də kişilər arasında keçirilən ölkədaxili oyunlarda hakimlik etmişdim”.

2026-07-17 / 19:04
Facebook