İngiltərə millisi 60 ildən sonra ən vacib oyununa çıxır

 

Futbol üzrə İngiltərə millisi dünya çempionatının yarımfinal mərhələsində bu gün Argentina ilə qarşılaşacaq.

Qarşılaşma İngiltərə yığmasının 1966-cı ildə qazandığı dünya çempionluğundan sonra ən vacib oyunlarından biri hesab olunur. İngiltərə millisi son 60 ildə yalnız iki dəfə - 1990 və 2018-ci illər mundialında yarımfinala yüksəlib. Komanda bu dəfə finala vəsiqə qazanacağı təqdirdə, DÇ-1966-dan sonra ilk dəfə həlledici görüşdə çıxış edəcək.

ABŞ-nin Atlanta şəhərində keçiriləcək İngiltərə - Argentina görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Oyuna marağın böyük olduğu bildirilir. Baş məşqçi Tomas Tuxelin mətbuat konfransı əvvəlcə planlaşdırılandan daha böyük zala köçürülsə də, bütün yerlər dolub.

Qeyd edək ki, İngiltərə millisi 1966-cı ildə “Uembli” stadionunda Almaniya üzərində qələbə qazanaraq yeganə dünya çempionluğunu əldə edib.

2026-07-15 / 20:00
Facebook