Azərbaycan tennisçiləri beynəlxalq turnir üçün Moldovaya yollanıblar

 

Kişi tennisçilərdən ibarət Azərbaycan millisi “Davis Cup” turnirində iştirak etmək məqsədilə Moldovaya yola düşüb.

Azərbaycan Tennis Federasiyasından bildirilib ki, yarışda ölkəmizi Tamerlan Əzizov, Kənan Qasımov, Nazim Məlikov və Elvin Həşimov təmsil edəcəklər.

Yığma üzvləri turnirin III qrupunda mübarizə aparacaqlar. Yarışlar iyunun 10–13-də Moldovanın paytaxtı Kişineu şəhərində keçiriləcək.

2026-06-08 / 19:12
Facebook