
Azərbaycanın hər bölgəsində gözəl mənzərə var. Yarış kifayət qədər maraqlı keçir.
Bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti Sahib Ələkbərov deyib.
"Bakı-Xankəndi" Azərbaycan velosiped yarışının Təşkilat Komitəsinin sədri bildirib ki, idmançılar və qonaqlar turnirin təşkilindən çox razıdırlar: "Bu turnirin iştirakçıları yenidən Azərbaycana gəlmək istəyəcəklər. Onların ölkəmizin təbiətini çox bəyəniblər. Təhlükəsizlik baxımından da hər şey qaydasındadır".
Onun sözlərinə görə, velosiped idman növünü ölkədə daha da inkişaf etdirmək üçün işlər aparılır: "Elə kəndlərimiz var ki, orada maşından yox, velosipeddən istifadə edirlər. Gədəbəy, Qəbələ, Şamaxı və digər bölgələrdə velosiped bölmələrini yaratmışıq. Bu, Qazaxda da nəzərdə tutulur. Orada da bu idman növünə maraq böyükdür".