İngiltərə Premyer Liqası: “Liverpul” öz meydanında qapısını toxunulmaz saxlayıb

 

İngiltərə Premyer Liqasının XXXII turunda “Liverpul” və “Fulhem” komandaları arasında keçirilən oyun başa çatıb.

Liverpuldakı “Enfild” stadionunda gerçəkləşən görüş Mersisayd təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib.

Bu nəticədən sonra “Liverpul” çempionatın turnir cədvəlində 52 xalla beşinci, “Fulhem” isə 44 xalla 11-ci yerdə qərarlaşıb.

2026-04-12 / 09:55
Facebook