Luçano Spaletti daha iki mövsüm “Yuventus”da

 

İtaliyanın “Yuventus” klubu baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadıb.

67 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Təcrübəli çalışdırıcının hazırkı sözləşməsi mövsümün sonunda başa çatacaqdı.

Qeyd edək ki, “Yuventus” İtaliya A Seriyasında 31 turdan sonra 57 xalla beşinci pillədə qərarlaşıb.

2026-04-10 / 18:37
Facebook