Türkiyə Superliqası: “Fənərbağça” derbi matçında “Beşiktaş”a qalib gəlib

 

Futbol üzrə Türkiyə Superliqasının XXVIII turunda derbi matçı keçirilib.

“Fənərbağça” evdə “Beşiktaş”ı qəbul edib. Görüş “sarı-lacivərdlilər”in minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qola Kərəm Aktürkoğlu imza atıb. O, 90+11-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 63-ə çatdıran "Fənərbağça" 2-ci, “Beşiktaş” isə 52 xalla 4-cü sırada yer alıb.

2026-04-06 / 10:54
Facebook