AFFA ilə PFL arasında imzalanmış müqavilənin şərtləri dəyişdirilə bilər

 

AFFA ilə Peşəkar Futbol Liqası (PFL) arasında imzalanmış müqavilənin şərtləri dəyişdirilə bilər.

Bu barədə AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, gələcəkdə bu müqavilənin şərtlərində dəyişiklik edilməsi, funksiyaların artırılması və ya azaldılması mümkündür: “Bu, müzakirə oluna biləcək məsələdir. Lakin mahiyyət etibarilə PFL federasiyanın ona ötürdüyü səlahiyyətləri icra edir. Bu prosesin hansı formatda davam edəcəyi gələcək ehtiyaclara və səmərəliliyə görə müəyyənləşəcək".

2026-04-03 / 13:02
Facebook