Azərbaycanın 3x3 basketbol millisi Çempionlar Kubokunda gümüş medal qazanıb

 

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ikinci olub.

Yığmamız finalda Niderlanda 12:21 hesabı ilə uduzaraq gümüş medal qazanıb.

Qeyd edək ki, turnirin qalibi Olimpiya Təsnifat turnirinə lisenziya əldə edib.

2026-03-15 / 16:15
Facebook