Azərbaycanın stolüstü tennisçiləri İslamiadada daha bir mükafat qazanıblar

 

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.

Milli komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər. Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komanda yarışın bürünc mükafatına layiq görülüb.

2025-11-13 / 16:11
Facebook