Azərbaycan paralimpiyaçılarının son 9 ayda qazandıqları medal sayı bəlli olub

 

Azərbaycan paralimpiyaçılarının son 9 ay ərzində qazandığı medalların sayı açıqlanıb.

Bu barədə Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Bildirilib ki, idmançılar bu zaman ərzində beynəlxalq yarışlarda 43 medal (13 qızıl, 11 gümüş, 19 bürünc) qazanıblar.

2025-09-26 / 17:29
Facebook