Azərbaycanın FIFA referisi Avropa çempionatının seçmə mərhələ oyunlarına təyinat alıb

 

Azərbaycanın FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

O, 5-ci qrup çərçivəsində oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq, 11-də Norveç – Moldova, 14-də Moldova – Belarus matçlarını idarə edəcək. Vüsal Məmmədov isə hər üç qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

2025-09-24 / 14:49
Facebook