Azərbaycan cüdo millisi İspaniyada təlim-məşq toplanışına qatılıb

 

Cüdo üzrə gənc qızlardan ibarət Azərbaycan milli komandası İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, hazırlıq prosesinə yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edir.

Qeyd edək ki, qitə birinciliyi sentyabrın 4-7-də Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

2025-08-21 / 17:08
Facebook