İlin ən yaxşı futbol klubu mükafatına namizədlər məlum olub

 

“France Football” nəşri 2025-ci ilin ən yaxşı kişi futbol klubu mükafatına namizədləri açıqlayıb.

Siyahıda 5 komanda yer alıb. Bunlar "Barselona" (İspaniya), "Botafoqo" (Braziliya), "Çelsi", "Liverpul" (hər ikisi İngiltərə) və PSJ-dir (Fransa).

Qalib komandanın adı sentyabrın 22-də Fransanın paytaxtı Parisdə keçiriləcək mükafatlandırma mərasimində açıqlanacaq.

Qeyd edək ki, bu mükafata son olaraq İspaniyanın “Real Madrid” klubu sahib çıxıb.

2025-08-07 / 18:45
Facebook