Azərbaycan – Macarıstan oyununun biletləri satışa çıxarılıb

 

Azərbaycan və Macarıstan yığmaları arasında keçiriləcək yoldaşlıq görüşünün biletləri satışa çıxarılıb.

Qiymətlər sektorlara görə 2 və 5 manat təşkil edir.

VİP sektoruna biletlərin qiyməti isə 10 manatdır. Biletləri "İtickets" və satış kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, iyunun 10-da “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan – Macarıstan qarşılaşması saat 20:00-da start götürəcək.

2025-05-19 / 18:39
Facebook