Azərbaycan Basketbol Federasiyasının nümayəndə heyəti Bəhreyndəki konqresə qatılıb

 

Bəhreynin Manama şəhərində 160-dan çox milli federasiya rəsmilərinin iştirak etdiyi "FIBA Mid-Term Congress 2025” keçirilir.

Azərbaycan Basketbol Federasiyasından (ABF) verilən məlumata görə, konqresdə ölkəmizi ABF-nin prezidenti Emin Əmrullayev və icraçı vitse-prezident Fərrux Mahmudov təmsil edir.

Burada FIBA-nın rəqəmsal inkişafı, qadın basketboluna dair prioritetlər, süni intellekt əsaslı həllər və yeni proqramlar təqdim olunur.

Basketbolun qlobal inkişafında müzakirə olunan bu trendlər gələcək üçün yeni imkanların qapısını açır.

2025-05-16 / 17:12
Facebook