Azərbaycan paralimpiyaçısı Fransadakı turnirin finalına yüksəlib

 

Azərbaycan paralimpiyaçısı Polad Rzayev Fransanın Auron şəhərində keçirilən paradağ xizəyi üzrə beynəlxalq turnirdə finala yüksəlib.

Milli Paralimpiya Komitəsindən bildirilib ki, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı ilkin mərhələni 1:01.57 nəticə ilə başa vuraraq, həlledici raunda vəsiqə qazanıb.

Qeyd edək ki, P.Rzayev ötən həftə İtaliyanın Pila şəhərində keçirilmiş analoji turnirin də finalında çıxış edib. Yarış 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

2025-04-04 / 18:24
Facebook