Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab matçları keçiriləcək.
İlk oyun günündə iki qarşılaşma təşkil olunacaq.
İlk olaraq meydana “Qarabağ” və “Səbail” kollektivləri çıxacaqlar. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 16:00-da başlayacaq. Komandalar arasında ilk matç Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunda isə “Sumqayıt” doğma meydanda “Sabah”ı qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək. İlk görüşdə qolsuz heç-heçə qeydə alınıb.
Qeyd edək ki, fevralın 28-də reallaşacaq 1/4 finalın digər cavab oyunlarında “Araz-Naxçıvan” “Zirə”nin, “Kəpəz” isə “Neftçi”nin qonağı olacaq.