AFFA Hakimlər Komitəsinin sədri “Qalatasaray”ın oyununa təyinat alıb

 

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker UEFA-dan təyinat alıb.

Belçikalı keçmiş referi Avropa Liqasının əsas mərhələsində İsveçdə “Malmö” ilə Türkiyənin “Qalatasaray” komandası arasında keçiriləcək VI tur oyununun hakim-inspektoru olacaq.

Dekabrın 12-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Matçın hakimlər briqadası hələ açıqlanmayıb.

2024-12-09 / 21:15
Facebook