Şuşada İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Gənclər Təşkilatlarının Forumunda panel müzakirələr keçirilib.
Azərbaycan Gənclər Təşkilatları Milli Assambleyasının (NAYORA) baş katibi Nərminə Hüseynzadə gənclər təşkilatları ilə siyasət dünyası arasında körpü qurmağa çalışdıqlarını, həmçinin məqsədlərinin gənclərin bilik və bacarıqlarını paylaşmağa kömək etmək olduğunu bildirib.
İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin baş direktoru Rafiq İsmayılov vurğulayıb ki, gənclərin siyasi icma yarada bilməsi üçün onlara fürsət verilməlidir.
Daha sonra İndoneziya Milli Gənclər Şurası ICYF-nin (İslam Əməkdaşlıq Gənclər Forumu) keçmiş vitse-prezidenti Tantan Tavfik Lubis və Özbəkistan Könüllülər Assosiasiyasının nümayəndəsi Sarvinoz Tulkinjonova müzakirələr aparıblar.