Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 16:31-də qeydə alınan yeraltı təkanların maqnitudası 3,6-ya bərabər olub.
Zəlzələ ocağı 21 kilometr dərinlikdə yerləşib.