Bu ilin yanvar ayında Azərbaycanda 9 milyard 131 milyon manatlıq və yaxud ötən ilin eyni dövrünə nisbətən 5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 12,3 % artıb.
ÜDM istehsalının 41,9 %-i sənaye, 10,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,8 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 %-i informasiya və rabitə, 1,7 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 %-ni təşkil edib.
Ötən ay əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 897 manat olub.