Ötən il qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 494 fakt müəyyən edilib, həmin cinayətlərə görə 262 nəfər tutulub.
Bu sözləri daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nazirliyin 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclasında çıxışı zamanı söyləyib.
Bildirilib ki, ümumilikdə 12 min 648 odlu silah və 2,5 milyona yaxın sursat aşkarlanıb. Qeyri-leqal dövriyyədən 3487 ədəd müxtəlif nominallı saxta əsginas, istifadə müddəti ötmüş 6310 ton yeyinti məhsulu və tikinti materialı çıxarılıb.