Azərbaycanla Moldova arasında əməkdaşlığın gücləndirilməsinin prioritet istiqamətləri açıqlanıb

 

Azərbaycanın Moldova ilə iqtisadi əməkdaşlığının gücləndirilməsinin prioritet istiqamətlərinə energetika, ticarət və investisiyaların təşviqi daxildir

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Moldovanın Baş nazirinin müavini, iqtisadi inkişaf və rəqəmsallaşma naziri Dumitru Alaiba ilə müzakirələr aparılıb: “Keçirdiyimiz görüşdə birgə təşəbbüslərin artırılması və ölkələrimizin biznes dairələri arasında tərəfdaşlığın təşviqi imkanlarını dəyərləndirdik”.

2024-01-18 / 16:27
Facebook