“The Best”: FIFA ötən ilin ən yaxşılarını açıqlayıb

 

FIFA-nın ilin ən yaxşılarına təqdim etdiyi “The Best” mükafatının sahibi müəyyənləşib.

2023-cü ilin fərqlənən futbol adamlarının mükafatlandırıldığı mərasim İngiltərənin paytaxtı Londonda keçirilib.

Ötən ilin ən yaxşı futbolçusu ABŞ-ın “İnter Mayami” komandasında çıxış edən argentinalı ulduz Lionel Messi seçilib.

Nominasiyalar üzrə qalib olanlar aşağıdakılardır:

Ən yaxşı kişi futbolçu

Lionel Messi (“İnter Mayami” / Argentina)

Ən yaxşı qadın futbolçu

Aytana Bonmati (“Barselona”/ İspaniya)

Ən yaxşı kişi baş məşqçi

Xosep Qvardiola (“Mançester Siti” / İspaniya)

Ən yaxşı qadın baş məşqçi

Sarina Viqman (İngiltərə millisi / İngiltərə)

Ən yaxşı kişi qapıçı

Ederson (“Mançester Siti” / Braziliya)

Ən yaxşı qadın qapıçı

Meri Erps (“Mançester Yunayted” / İngiltərə)

“Puşkaş mükafatı”

Gilyerme Madruqa – “Botafoqo”nun heyətində “Novorizontino”ya vurduğu qol

İlin ən yaxşı azarkeşi

Huqo Daniel

İlin rəmzi komandası

Qapıçı: Tibo Kurtua

Müdafiəçilər: Kayl Uoker, Con Stounz, Ruben Diaş

Yarımmüdafiəçilər: Bernardu Silva, Kevin De Brüyne, Cud Bellingem

Hücumçular: Lionel Messi, Erlinq Holann, Kilian Mbappe, Vinisius Junior.

2024-01-16 / 13:04
Facebook