İrandan tranzit yolu ilə Rusiyaya 90 kq narkotikin keçirilməsinin qarşısı alınıb

 

Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya tərəvəz yükü daşıyan nəqliyyat vasitəsində qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib.

DGK-dən verilən xəbərə görə, Astara Gömrük İdarəsində şifahi sorğu-sual zamanı sürücü gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda yükdə şübhəli cizgilər müşahidə olunub.

Nəqliyyat vasitəsindəki 22 paletdə olan “kahı” yükünə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması keçirilib.

Nəticədə 30 ədəd qablaşmada falqaya bükülərək kahı formasına salınmış 209 bağlamada külli miqdarda narkotik vasitələr aşkar edilib.
2024-01-15 / 16:09
Facebook