Rusiya Qarabağda sülhməramlıların mövcudluğunu yalnız Azərbaycanla müzakirə edir.
Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti“yə müsahibəsində bildirib.
Qaluzin xatırladıb ki, sülhməramlılar 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarabağda yerləşdirilib. Bu sənəd ləğv edilməyib və sülhməramlılar, müddətin uzadılması ehtimalı ilə, 2025-ci ilin noyabrına qədər bölgədə qalacaqlar.
Diplomat əlavə edib ki, Ermənistan rəhbərliyinin Praqa Bəyannaməsində təsbit edildiyi kimi, Qarabağın Azərbaycana məxsus olması barədə qərarından sonra yerdə vəziyyət kəskin şəkildə dəyişib.