“Füzuli” SES-də 309 milyon kilovat-saat elektrik enerjisi istehsal edib

 

“Füzuli” Su Elektrik Stansiyasında istismara verildiyi gündən cari il dekabrın 1-dək 309 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub.

Energetika Nazirliyindən bildirilib ki, hər biri 6,25 MVt-lıq 4 ədəd hidroaqreqatdan ibarət olan basqılı derivasiya tipli su elektrik stansiyasının ümumi qoyuluş gücü 25 MVt-dır.

Açılışı 2012-ci il dekabrın 15-də olan “Füzuli” Su Elektrik Stansiyası 2022-ci il dekabrın 1-dək 295 milyon kilovat-saat elektrik enerjisi istehsal etmişdi.

2023-12-15 / 14:41
Facebook