Böyük Qayıdış: Laçın şəhərinə növbəti köç karvanı yola düşüb
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə (86 nəfər) köçürülüb.
Xatırladaq ki, indiyədək Laçın şəhərində 383 ailənin (1475 nəfər) daimi məskunlaşması təmin edilib.