Dubayda Azərbaycanın gələn il COP29-a ev sahibliyi etməsi münasibətilə tədbir təşkil olunub

 

Dekabrın 11-də Dubayda Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi münasibətilə tədbir təşkil olunub.

COP28 çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda təşkil olunan tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər ölkələrdən olan qonaqlar iştirak ediblər.

Sonra tarzən Şəhriyar İmanovun rəhbərliyi ilə Azərbaycanın milli kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.
2023-12-12 / 10:05
Facebook