"Qaçqınkom": "Azad edilən ərazilərə indiyədək 5 000-ə yaxın sakin köçürülüb"
"İşğaldan azad olunan ərazilərə indiyə qədər 5000-ə yaxın keçmiş məcburi köçkün köçürülüb".
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib.
Onun sözlərinə görə, azad olunan ərazilərə ümumilikdə 1000 ailə qayıdıb.
F.Hüseynov bildirib ki, bu ilin sonunadək daha 300 ailə azad olunan ərazilərə köçürüləcək.
"Bununla da Qarabağ və Şərqi Zəngəzura köçürülən insanların sayı 6500 nəfərə çatacaq", - Dövlət Komitəsinin sədr müavini söyləyib.
2023-11-24 / 15:47