“Zəngəzur” minifutbol komandası Bolqarıstanda keçirilən Avropa Kubokuna qələbə ilə başlayıb.
A qrupunda yer alan Azərbaycan təmsilçisi açılış oyununda yerli “Qalaktiko Vratsa” klubunu üstələyib.
Qarşılaşma “Zəngəzur”un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “Zəngəzur” sentyabrın 14-də qrup çərçivəsində daha iki oyun keçirəcək. Azərbaycan komandası saat 10:00-da Yunanıstan TMT-si, 18:00-da isə Çexiya “Veşka Olomuç”u ilə üz-üzə gələcək.