Azərbaycan millisi bu gün İordaniya yığması ilə üz-üzə gələcək

 

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Canni De Byazinin baş məşqçisi olduğu komanda Bakıda İordaniya yığmasını qəbul edəcək.

"Dalğa Arena"da gerçəkləşəcək qarşılaşma saat 20:00-da start götürəcək. Görüşü türkiyəli Arda Kardeşlerin rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Beynəlxalq yoldaşlıq oyunu

20:00. Azərbaycan - İordaniya

Baş hakim: Arda Kardeşler (Türkiyə).

Bakı. "Dalğa Arena".

Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl AVRO-2024-ün seçmə mərhələsində Belçikaya 0:1 hesabı ilə uduzub.

2023-09-12 / 13:20
Facebook