Azərbaycan idmanında ilk: Şuşa klubu avrokuboklarda oynayacaq

 

Erməni işğalçılardan azad edilən Şuşa tarixdə ilk dəfə avrokuboklarda təmsil olunacaq.
Bu ilkə kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu imza atacaq. Cəmi 1 il öncə yaradılan və ilk mövsümündə Azərbaycan çempionatının, həmçinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin gümüş mükafatçısı 2023/24 mövsümündə avrokuboklarda debüt edəcək.
“Xarı Bülbül Şuşa” “Çağırış kuboku”nda mübarizə aparacaq.
Şuşalıların yarışda iştirakı ilə bağlı Avropa Voleybol Konfederasiyasına sifariş göndərilib. Bu, yeni mövsümdə ölkəmizi təmsil edəcək yeganə komanda olacaq.
2023-06-07 / 13:08
Facebook