Kamran Əliyev: Azərbaycan bayrağını İrəvanda yandıran şəxsi beynəlxalq axtarışa verib, həbs qərarını göndərmişik

 

Mina terroru Azərbaycan üçün ən aktual məsələdir. 44 günlük müharibə bitib və Azərbaycan qalib gəlib, lakin təəssüflər olsun ki, mina terroru davam edir.
Bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib. O, Ermənistanın Azərbaycan tərəfinə dəqiq mina xəritələrini təhvil vermədiyini də xatırladıb: “Buna görə biz həm öz gücümüz, həm də beynəlxalq dəstək vasitəsi ilə minalardan təmizləmə prosesini davam etdiririk”.
Baş prokuror qeyd edib ki, Azərbaycanın iki hərbçisinin əsir götürülməsi və onlara qarşı güc tətbiq edilməsi ilə bağlı cinayət işi açılıb: “Bundan əlavə, Azərbaycan bayrağının İrəvanda yandırılması ilə bağlı həmin şəxsi beynəlxalq axtarışa vermişik, bütün həmkarlarımıza məlumat və həbs qərarını göndərmişik”.
2023-05-03 / 15:24
Facebook