Azərbaycan XİN Mirzoyana cavab verib

 

Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı zamanı səsləndirdiyi fikirlər riyakarlığın bariz nümunəsidir.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Xarici işlər nazirinin hərbi həll variantını təklif etməsi Ermənistanın tarixdən dərs çıxartmadığını və 30 il müddətində Azərbaycan ərazilərini işğalda saxlamasının nə ilə nəticələndiyini hələ də anlamadığını göstərir. Ermənistan tərəfinin bu avantürasının qarşısının alınması zəruridir”, - deyə XİN vurğuayıb.
Nazirliyin açıqlamasında qeyd olunur ki, məhz beynəlxalq ictimaiyyətin Ermənistan tərəfinin öz öhdəliklərini pozmasına biganəliyi və bəzi çevrələrin sülhü dəstəkləməyən bəyanatları rəsmi İrəvanı yenidən cəsarətləndirib.
2023-01-26 / 13:03
Facebook