ABŞ dövlət katibi E.Blinken bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan səmimidir, lakin biz bunu sözdə deyil, əməldə görmək istəyirik.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda səfərdə olarkən Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.
M.Çavuşoğlu bildirib ki, Türkiyə Şərq-Qərb Orta dəhlizində Azərbaycan, Qazaxıstan və Gürcüstanla üçlü və dördlü mexanizmlər qurub.
"Ümid edirəm ki, Ermənistan da bu prosesdə iştirak edəcək, yəni sülhə doğru səmimi addımlar atacaq. Təəssüf ki, biz son vaxtlar danışıqlar istiqamətində bəzi geri addımların şahidi oluruq. Bu gün ABŞ dövlət katibi E.Blinken bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan səmimidir, lakin biz bunu sözdə deyil, əməldə görmək istəyirik. Bunu rahatlıqla qardaş, can Azərbaycanın adından da deyə bilərəm. Türkiyə və Azərbaycan normallaşma məsələsində səmimidir", - deyə M.Çavuşoğlu əlavə edib.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yanvarın 17-dən etibarən ABŞ-da səfərdədir. O,Türkiyə-ABŞ Strateji Mexanizminin ikinci Nazirlər Toplantısı çərçivəsində ABŞ paytaxtı Vaşinqtonda bu ölkənin dövlət katibi Entoni Blinken ilə görüşüb. Mövlud Çavuşoğlunun Türkiyənin Hyustondakı Baş Konsulluğunun yeni ofisinin açılışında iştirak edəcəyi gözlənilir. Səfərin son günündə Nyu-Yorkda Türkiyənin xarici işlər naziri BMT Baş Assambleyasının 77-ci sessiyasının sədri Çaba Körösi ilə görüşəcək.