Dövlət Xidməti: Prezident azad edilmiş ərazilərdə daimi iş yerlərin yaradılması tapşırığı verib

 

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın təmin edilməsi, sahibkarlıq mühiti və daimi iş yerlərin yaradılması barədə tapşırıq verib.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva bildirib.
Onun sözlərinə görə, bu ərazilərdə vergi uçotuna alınacaq sahibkarlıq subyektləri vergi güzəştlərindən yaralana biləcəklər, yalnız banklar bu təşviqlərə aid deyil:
"İşğaldan azad edilmiş ərazilərdə uçota alınacaq vergi ödəyiciləri, əmlak, torpaq vergilərindən 10 il müddətinə güzəştlər əldə ediləcək. Bura satışdankənar gəlirlər də daxildir. İstehsal sahələri üzrə xammalın idxalı da 10 il müddətinə vergilərdən azad edilir. Bundan başqa, işğaldan azad edilmiş ərazilərin turizm potensialı nəzərə alınaraq əmlak, torpaq, vergilərindən azad olunmaqla yanaşı, ƏDV-nin geri qaytarılması üzrə faiz dərəcəsi 30% müəyyən olunub".
2022-11-10 / 15:05
Facebook