Vətən müharibəsindən sonra aparılan yeni islahatlar peşakar Ordunun formalaşmasına səbəb olub - Zakir Həsənov

 

Vətən müharibəsindən sonra aparılan yeni islahatların peşakar Ordunun formalaşmasına səbəb olub.

Bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Hərbi Dəniz Qüvvələrində növbəti buraxılış mərasimində çıxışı zamanı deyib.

Buraxılış mərasimində çıxış edərək bu kursların dəniz piyadaları və xüsusi təyinatlılarının fərdi bacarıqlarının inkişaf etdirilməsinə müsbət təsir göstərdiyini qeyd edən müdafiə naziri, Vətən müharibəsindən sonra aparılan yeni islahatların peşakar Ordunun formalaşmasına səbəb olduğunu vurğulayıb.

Nazir qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə məzunları və bütün şəxsi heyəti təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.

Qardaş Türkiyədən olan peşəkar təlimatçıların da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə müdafiə naziri türkiyəli zabitlərə və bütün heyətə təşəkkürünü bildirib.

2022-11-06 / 12:36
Facebook