İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən inşa ediləcək incəsənət məktəbinin yol xəritəsi imzalanıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.
Bu layihə də digər layihələr kimi Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə tövhə verəcək.