Çempionlar Liqası: "Qarabağ" "Lex"i darmadağın edərək mərhələ adlayıb

 

"Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxıb.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Polşa "Lex"ini qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılan qarşılaşma "köhlən atlar"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubu matçdan öncə Tovuz döyüşlərinin 2-ci ildönümü ilə əlaqədar Vətən müharibəsi iştirakçılarına anlamlı jest edib. Görüşdən öncə qazilərin iştirakı ilə konsert proqramı təşkil olunub. Bundan başqa, müharibə iştirakçılarına matçı izləmək üçün tribunada xüsusi yer ayrılıb.
Beləliklə, cavab matçında “Lex”i darmadağın edən “Qarabağ” II təsnifat mərhələsində İsveçrə “Sürix”inə rəqib olub. Ağdam klubu ilk oyunu iyulun 19-da evdə, cavab matçını isə 1 həftə sonra səfərdə keçirəcək. Polşa klubu isə yoluna UEFA Konfrans Liqasının II təsnifat mərhələsində davam edəcək. Poznan təmsilçisi bu raundda "Slovan" (Bratislava, Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
2022-07-13 / 12:50
VALYUTA MƏZƏNNƏLƏRİ
$
Facebook