Rafael Fiziyev Azərbaycan bayrağı altında ilk döyüşündə qələbə qazanıb

 

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatında (UFC) növbəti görüşünə çıxıb.
İlk dəfə Azərbaycanı təmsil edən 29 yaşlı idmançı ABŞ-ın Nevada ştatındakı Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla üz-üzə gəlib.
Fiziyev "UFC Vegas 58" turnirinin sonuncu - 5-ci raundunda rəqibini nokauta salıb. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.
Təcrübəli düyüşçü görüşdən sonra "İndi biz idmanda ən yaxşı Rafanın kim olduğunu öyrənməliyik. Rafael Nadal – mən onu məğlub edə bilərəm" söyləyib.
Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.
2022-07-10 / 13:30
Facebook