Azərbaycanın MMA döyüşçüsü Nəriman Abbasov UFC-də çıxış edəcək.
Bu barədə 28 yaşlı idmançı mətbuat konfransında açıqlama verib.
Yüngül çəkidə AMC “Fight Nights Global” çempionu artıq UFC ilə 5 döyüş üçün rəsmi müqavilə imzalandığını bildirib: "Burada da uğurla çıxış etmək və çempionluq uğrunda mübarizə aparmaq niyyətindəyəm".
Abbasovun sözlərinə görə, onun məsələnin maliyyət tərəfi maraqlandırmır: "UFC-də döyüşəcək ilk azərbaycanlı olmağımdan məmnunam. Və təbii ki, maksimuma nail olmaq, titul uğrunda vuruşmaq, ən yaxşı döyüşlərimi göstərmək istəyirəm".