Azad olunan ərazilərdə daha 125 mina aşkarlanıb

 

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb.
ANAMA-dan verilən məlumata görə, aprelin 11-dən 16-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 66 mina və 237 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Nəticədə 445.8 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
2022-04-18 / 12:42
Facebook