Gürcüstanın mədəniyyət xadimləri ermənilərin Gəncədə dağıtdıqları əraziyə baş çəkiblər

 

Gürcüstanın mədəniyyət xadimləri Ermənistan silahlı qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı Gəncəni raket atəşinə tutması nəticəsində dağılan əraziyə baş çəkiblər.

Qonaqlar dağıntıya məruz qalan əraziyə gül düzüblər, həlak olanların xatirəsini anıblar. 

Onlara ermənilərin şəhərdə törətdikləri terror aktları barədə ətraflı məlumat verilib. 

Nümayəndə heyəti daha sonra Gəncə Dövlət Dram Teatrının yeni istifadəyə verilən binası ilə tanış olublar. Mədəniyyət xadimləri teatrda konsert proqramı ilə çıxış edəcəklər.

2022-04-17 / 11:51
Facebook