Gürcüstanın mədəniyyət xadimləri Şuşaya səfər ediblər (FOTO)

 

Aprelin 16-da Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət 21 nəfərlik nümayəndə heyəti Şuşaya səfər edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfər edən qonaqlar ötən gün Cəbrayıl və Füzuli rayonu ərazisində minaların təmizlənməsi prosesini izləyiblər.

Qonaqlar daha sonra Şuşa şəhərinə səfər ediblər. Şuşaya gələn səfər iştirakçılarından biri gürcüstanlı opera müğənnisi Jakeli Lamze Şuşa qalasının qarşısında sözləri Aslan Abdullayevə, musiqisi Elza İbrahimovaya məxsus “Ey Vətən” mahnısını səsləndirib.
2022-04-16 / 16:52
Facebook