Dövlət Komitəsi 510 məcburi köçkünlə bağlı məhkəməyə müraciət edib

 

“Məcburi köçkünlər üçün verilən mənzillərdə yaşamayanların monitorinqi davam etdirilir”.

Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində deyib.

“Məcburi köçkünlərin hər biri mənim üçün əziz adamdır. Bəzən elə hallar olur ki, məcburi köçkünlərin mənzilləri öz adlarına olmur, yataqxanada yaşayırlar. Adətən, köçürülmə zamanı yataqxanalarda yaşayan məcburi köçkünlər nəzərə alınır. Ancaq biz sonradan görürdük ki, onlar həmin evlərdə yaşamırlar. Ona görə də 510 belə halla bağlı məhkəmə müraciətimiz var. Məhkəmə qərarı çıxardıqca bizdə siyahısı olan məcburi köçkün, şəhid və qazi ailələri həmin mənzillərə yerləşdirilir. Bu, asan məsələ deyil. Bu hallar Bakıda və rayonlarda olan qəsəbələrimizdə var”, - o vurğulayıb.

2022-04-14 / 11:48
Facebook